"Neftçi"nin yarımmüdafiəçisi Mamadou Kane ilk dəfə Qvineya millisinə dəvət alıb. Offsideplus.az-a eksklüziv müsahibəsində o, milliyə qarşı bağlılığından, "Neftçi"nin bu mövsüm performansı və cəbhədəki Azərbaycan ordusuna arzularından danışıb.

Müsahibəni təqdim edirik:

- Qvineya U-21 və U-23 milli komandalarında çıxış etmişdiniz. İndi isə ilk dəfə olaraq milliyə çağırılmısız. Nə hisslər keçirirsiniz?

- Bu mənim üçün bir xəyal idi, indi isə bir gerçəkdir. Bu mən və ailəm üçün yaxşı bir şeydir, çünki bir neçə ildən sonra yenidən ölkəm üçün oynaya bilərəm. U-20 və U-23-də kapitan kimi oynasam da, bu gün böyüklər komandasındayam və Tanrıya şükür edirəm. Burada həmçinin, zəhmətdən də söz gedir, çünki çox çalışsanız, bir gün nəticəsini verəcək. Bayrağımın rəngləri altında çıxış edəcəyim üçün çox xoşbəxtəm.

gettyimages 685742566 1024x1024

- 2020/21 mövsümünün ilk turundansonra "Neftçi"nin çıxışı barədə nə deyə bilərsiniz və komanda inkişaf etmək üçün nə etməlidir?

- Performansımız yaxşı oldu. Sadəcə ilk tur və ilk mövqeyə çıxmaq üçün çox çalışmağa davam edəcəyik. Komandamızda zehni və fiziki cəhətdən oynamağa hazırıq və çempion olmaq istəyirik. Buna nail olmaq üçün çox çalışmalıyıq.

- Koronavirus pandemiyasına görə tərəfdarlar stadionlara buraxılmır. Nə dəyişdi? Azarkeşlərin olmaması oyunlara təsir edir?

- Azarkeşlərin dəstəyi olmadan oynamaq çətindir. Bir futbolçu olaraq, dəstəyə ehtiyacınız var. Lakin bütün dünyada pandemiya səbəbindən azarkeşlər stadiona buraxılmır. Bu isə futbolçular üçün asan deyil. Ən başlıcası, dua etməliyik ki, pandemiya aradan qalxsın, amma azarkeşsiz oynamaq asan deyil. Bundan əlavə, hər şey iradədən asılıdır. Bir futbolçu olaraq özünüzü motivasiya etməli və qazanmağa çalışmalısınız. Azarkeşlər harada olursa olsun, xoşbəxt olacaqsız.

Son sessiyadan sonra ailənizi görmək üçün səyahət edə bilmədiniz və yaxşı bir tətil etmədiniz, amma yenə də çox yaxşı oynayırsınız və formadasınız. Sirri nədədir?

- Heç bir sirr yoxdur. Mən meydanda və meydandankənar peşəkəram. Düzdür, ailəmi görmək üçün səyahət edə bilmədim. Futbol bəzən belədir, buna görə peşəkar olmaq lazımdır. Diqqətimi qorumağa və uyğunlaşmaq üçün çox çalışmağa qərar verdim. Mənim üçün ən vacib olan çox çalışmaqdır. Tanrı uzun ömür nəsib etsə, ailəmi tez-tez görər və çoxlu tətil edərəm.

- Sosial media hesabınızda hər zaman Azərbaycanı dəstəkləyirsiniz. Xüsusilə də, bu dövrlərdə müharibəyə görə azərbaycanlılar üçün dua edirsiniz. Nəyə görə Azərbaycan sizin üçün belə xüsusidir?

- Bu ölkədə yaşayıram və hazırda Azərbaycan ordusu torpaqları uğrunda mübarizə aparır, ona görə də dəstək olmalıyıq. Azərbaycan hər bir əcnəbini qəbul edən qonaqpərvər bir ölkədir və əcnəbi bir futbolçu kimi əsgərlər və ailələri üçün dua edirəm. Tanrı Azərbaycan Ordusunu qorusun.

 - Millidə Nabi Keita, Florentin Poqba və s. kimi məşhur oyunçularla oynayacaqsınız, bu sizə nə hiss etdirir?

- Bu cür ulduzlarla oynamaqdan qürur duyuram. Milli komandamın formasını geyinib ölkəmin şərəfini qorumaq şansım olduğu üçün bu mənim üçün çox xüsusidir.

- Milli komanda ilə nəyə nail olacağınıza ümid edirsiniz?

 - Arzum milli komandamla kuboklar qazanmaqdır. Bəlkə də, Afrika Millətlər Kuboku və ya daha böyük bir kubok. Məşqçilər və ölkəmin mənə güvəndiyi üçün xoşbəxtəm, ölkəmlə kuboklar qazanmaq üçün çox çalışacam.