Azərbaycan  Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIII tura yekun vurulub. 

Offsideplus.az-ın PFL-in rəsmi  saytına istinadən yaydığı xəbərə görə, bu gün daha 3 görüş keçirilib.


16 aprel

“Zirə” - “Neftçi” - 1:0
Qol:
 Elçin Əsədov, 34-avtoqol

“Sumqayıt” - “Keşlə” - 2:1
Qollar:
 Camal Camalov, 19; Turan Manafov, 61 // Təbriz Xubanov, 71

“Qəbələ” - “Səbail” - 0:2
Qollar:
 Aqşin Qurbanlı, 61; Pərviz Qaraxanov, 73


15 aprel

“Kəpəz” - “Qarabağ” - 0:0

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 42 xalla 2-ci, "Qarabağ" isə 35 xalla 3-cüdür.