"Zirə"nin yeni transferi Riçard Almeyda klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "qartallar"a keçidindən öncə ailəsi ilə məsləhətləşib qərar verdiyini bildirib:

"Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdu. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".