Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Polşaya qarşı keçirdikləri oyunda 0-3 hesabı ilə məğlub olub.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra məğlubiyyəti şərh edib:
“Öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.