“Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi “Makkabi”dən (Petah-Tikva) ayrılmağa hazırlaşdığı barədə xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır.

“Sumqayıt” klubu isə Ə.Babayevi geri qaytarmaq niyyətindədir. Artıq futbolçuya ilkin təklif də göndərilib. 

Qeyd edək ki, Əli Babayev Azərbaycan millisinə dəvət alıb.