"Qarabağ"ın futbolçusu Xayme Romero "elmundo.es" nəşrinə açıqlamasında Bakıdakı həyat tərzi, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkədə həyat normal qaydada davam edir: "Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Yəni, bir qardaşa sahib olmaq daha yaxşıdır. Münaqişəyə gəlincə, təhlükə hissi yoxdur. Qarşıdurma digər bölgədə olduğu üçün Bakıda hər şey qaydasındadır. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var. Klub rəhbərliyi oyunçuların bütün fikrini futbola vermələrini istəyir. Çünki qarşıda vacib matçlarımız var. Nəticə etibarilə biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".