Millətlər Liqasının növbəti turunda Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Offsideplus.az xəbər verir ki, ötən gün Lüksemburq millisinə qarşı oyunda ikinci sarı vərəqədən meydandan qovulan Marko Simiçlə birbaşa “qırmızı” alan Marko Yankoviç millimizə qarşı çıxış edə bilməyəcək. Komandanın digər üzvü Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb.

Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.