21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, Gürcüstan - Azərbaycan oyununu belarusdan olan hakimlər idarə edəcək.

Qeyd edək ki, matç 13 oktyabr saat 19:00-da, Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək.

Baş hakim: Dmitri Dmitriyev
Baş hakimin köməkçiləri: Denis Emelyançikov, Anton İhnatsiuk
Dördüncü hakim: Denis Şerbakov