Bir az sonra yığmamız Podqoritsa şəhər stadionunda meydana çıxacaq.

Arenanın qazonunun idealdan uzaq olmasından xəbərdarıq. Bunu nəzərə alan Monteneqro Futbol Assosiasiyasının rəsmiləri komandaların oyunöncəsi məşqlərinin şəhərdəki başqa stadionda baş tutması təklif ilə UEFA-ya müraciət edib. Qurumdan xoş xəbər alınca, bununla bağlı bizimkiləri də məlumatlandırıblar  Nəticədə ümumi razılıq əldə olunub. Təki ot örtüyü oyuna qədər indikindən də acınacaqlı hala düşməsin. Belədə, dünənki məşq matçın keçiriləcəyi arenada yox, başqa stadionda baş tutub.

Maraqlıdır ki, Canni De Byazinin mətbuat konfransı da qeyri-adi məkanda keçirilib.

Offsideplus.az Podqoritsadakı mənbəyə istinadən xəbər verir ki, italyan çalışdırıcının mətbuat konfransı assosiasiyanın inzibati binasında gerçəkləşib. Podqoritsa şəhər stadionunun qapıları müvəqətti bağlı olub, yığmanın məşq etdiyi məkandakı konfrans zalı isə standartlara cavab vermiirmiş Odur ki, yerli assosiasiya bu cür maraqlı və qəribə addımla yadda qalıb.

Maraq üçün qeyd edək ki, meydan sahiblərinin məşqi, eləcə də, Faruk Hacıbegiqiçin mətbuat konfransı da fərqli məkanda keçirilib.