Oktyabrın 7-də təşkil olunan yoldaşlıq görüşündə Fransa Ukraynanı meydana çıxmağa peşman etdi - 7:1.

Offsideplus.az xəbər verir ki, Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko oyundan sonrakı mətbuat konfransında jurnalistlərin önünə çıxıb. Ötənlərin məşhur futbolçusu heyət kasadlığından gileylənib: "Fransa dünya çempionudu. Təəssüf ki, rəqibə müqavimət göstərmək üçün daha yaxşı komandanı gətirə bilmədik. Bu dəqiqə ayrı-ayrı mövqelərlə bağlı çox ciddi problemlərimiz var. Hətta qarşıdakı günlərdə düşərgəyə kimləri dəvət edəcəyimi bilmirəm. İndiki vəziyyət çox ağırdır. Amma bu durumdan çıxmağa çalışmalıyıq. Gənclər yığmasının üzvlərini dəvət etmişik. Halbuki UEFA Millətlər Liqasında bizi Almaniya və İspaniya kimi rəqiblərlə vacib matçlar gözləyir. "Şaxtyor"un futbolçuları çərşənbə günü testdən keçəcəklər. Ondan sonra bu komandadan kimlərə dəvət göndərəcəyimizi biləcəyik".