Azərbaycan Premyer Liqasının ən bahalı futbol klubu və oyunçusu bəlli olub.

Offsideplus.az Transfermarkt-a istinadən xəbər verir ki, Premyer Liqamızda ən dəyərli klubu "Qarabağ"dır. Belə ki, Ağdam təmsilçisinin futbolçularının ümumi qiyməti 11,78 milyon avro civarındadır.

İkinci pillədə 8,28 milyon avro ilə "Neftçi", üçüncü pillədə isə 7 milyon avro dəyər ilə "Sabah" klubu qərarlaşıb. Siyahının 4-cü pilləsində "Zirə" klubudur (6,50 milyon avro). İlk beşliyi isə 5,65 milyon avro ilə "Keşlə" qapayıb.

Futbolçular arasında ən dəyərli oyunçu isə transfer qiyməti 1.30 milyon avro olan "Qarabağ"lı Abdullah Zubirdir. 

Qeyd edək ki, çempionatın ümumi dəyəri isə 53,35 milyon avrodur.