Cəbhə bölgəsində davam edən müharibə şəraitinə görə Azərbaycan yığması növbəti ev matçını Bakıda keçirə bilməyəcək.

Bu haqda xeyli vaxtdır müzakirələr aparılsa da, yekun qərarı UEFA verməliydi.

Nəhayət, məsələyə aydınlıq gəldi. Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumundan AFFA-ya göndərilən məktubda qarşılaşmanın Albaniyanın paytaxtı Tiranada baş tutacağı bildirilib. Bu ölkə millinin baş məşqçisi üçün doğma məkandl. Canni De Byazi Albaniya yığmasındakı fəaliyyəti ilə yadda qalıb ki, bu ölkənin bir nömrəli komandasını AÇ-2016-nın final mərhələsinə çıxarıb.

Xatırladaq ki, yığma oktyabrın 10-da Podroritsada meydana çıxacaq, bundan 3 gün sonra Kiprlə qarşılaşacaq.