"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçu "KickOff" nəşrinin açıqladığı siyahıda 6-cı olub. Məqalədə Dino barədə bunlar qeyd edilib: "Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb. Onun Çin klubuna keçmək variantı var".

Siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun yarımmüdafiəçisi Persi Tau tutub.