"Səbail" heyətinə yeni hücumçu qatıb.

Offsideplus..az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Amil Yunanovu transfer edib.

Ən son "Sumqayıt"da çıxış edən 27 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

"Çalışacağam azarkeşləri vurduğum qollarla sevindirim", - deyə Amil Yunanov bildirib.