Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 660 quru dəqiqə limitini arxada qoyub.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Məhəmmmədəliyev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün vacib olan göstəricini “Keşlə” ilə II turun matçında arxada qoyub. (0:0)

Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan qolkiper artıq 673 dəqiqədir qapısını toxunulmaz saxlayır. Onun qapısına son qolu həmin görüşün 47-ci dəqiqəsində Tural Bayramlı vurub. Ötən mövsümün son 6 turunda “Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0), “Sumqayıt” (1:0), “Sabah” (0:0) və “Keşlə”dən (2:0) qol buraxmayan Məhəmmədəliyev cari çempionatda ilk turu buraxıb. Hesabat turunda meydana çıxan qapıçı ardıcıl 7-ci quru oyununa imza atıb.