Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra (0:1)  fikirlərini bölüşüb.

 Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis, bu məğlubiyyətin komandası üçün yaxşı bir dərs olduğunu bildirib:

"Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik. Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu.