"Milli komandaya ancaq uğurlar, başqa heç nə".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Gürcüstanın "Samtrediya" klubunun üzvü Nicat Qurbanov deyib.

28 yaşlı futbolçu qarşıdakı oyunlarda yığmamızın xal və ya xallar qazanacağına ümid etdiyini bildirib:

"Ümid hər zaman var. İnanıram ki, yaxşı olacaq".

Qeyd edək ki, yığma komandamız dünən UEFA Millətlər Liqası çərçivəsində doğma meydanda Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.