“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb.

 Offsideplus.az xəbər verir ki, "Zirə" Dimitrios Çantakiasla razılığa gəlib. 25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu Bolqarıstanın "Çerno More" klubu olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", “Fokiko”“Kerkira” klublarında çıxış edib.