Lüksemburq yığmasının Kristofer Martins UEFA Millətlər Liqasının ilk turunun Azərbaycanla oyunundan əvvəl keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, futbolçu, jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan milli komandasının heyətində hansı futbolçunu fərqləndirərdiniz?

- Azərbaycan milli komandasının bir neçə oyununu izləmişəm. Xüsusilə 2 nömrəli futbolçunu - Qara Qarayevi fərqləndirərdim. O, komandayla çox yaxşı oynamaq bacarığına sahibdir.

- Millətlər Liqasındakı əsas hədəfiniz nədir?

- Əsas məqsədimiz bir xal qazanmaqdır (gülür). Hər oyunda yaxşı performans sərgiləmək əsas hədəfimizdir.

- İsveçrədən Lüksemburqla qayıtmaqda çətinlik yaşadızmı?

- Oyuna gəlməyi çox səbrsizliklə gözləyirdim. Burada olmaqdan məmnunam.

- İsveçrədə qazandığınız son titul sizin özünüzə olan inamınızı artırıbmı?

- Bəli, meydandayamsa hər zaman özümə əminəm. Qələbələr motivasiyamı qaldırır və sabah daha yaxşı mübarizə aparmaq üçün mənə kömək olacaq. Komandaya uyğunlaşmaqda problem olmayacaq. Bütün futbolçuları tanıyıram və onlarla oynamaq rahatdır.