Lüksemburq millisi UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın 3-cü liqa təmsilçisi "Saarbrükken"lə yoxlama oyununda (0:0) zədələnib.

20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır.