İspaniya yığmasının və İngiltərənin "Vulverhempton" klubunun hücumçusu Adama Traore koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, koronavirus testi müsbət çıxan Traore yığmanın toplanışını tərk edib.

Qeyd edək ki, İspaniya UEFA Millətlər Liqasında sentyabrın 3-də Almaniya, 6-da isə Ukrayna ilə qarşılaşacaq.