"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi "Instagram" səhifəsində məlumat verib. O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.