Afrikanın futbol əfsanələrindən olan Maykl Esyen "Neftçi"nin yarımmüdafiəçisi olan Mamadu Keyni mövsümün başlaması ilə bağlı təbrik edib.

Offsideplus.az xəbər verir ki, Son olaraq "Səbail"də oynayan Esyen, Azərbaycan Premyer liqasında 2020-21 mövsümünün açılması ilə bağlı Keynə təbrik mesajı göndərərək ona ən xoş arzularını çatdırıb.
 
Həmçinin Esyen, Premyer liqada ən yaxşı oyunçu kimi Keyni göstərib.
 
Fransızca danışdığı videoda Esyen bu sözləri deyib:
 
"Salam,Keyn.Ümid edirəm yaxşısan.Səni yeni mövsümün açılması ilə bağlı təbrik edirəm.Hər zaman əlindən gələnin ən yaxşısını et, hərşey yaxşı olacaq."
 
Videonu sizə təqdim edirik.