Kipr yığmasının UEFA Millətlər Liqasında MonteneqroAzərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu daxil edilib. 

Qapıçılar: Tasos Kissas, Neofitos Mixael, Xaralambos Kiriakides 

Müdafiəçilər: Konstantinos Laifis, Nikolas Yannu, Valentinos Sielis, Xaris Kiriaku, Kipros Kristoforu, Minas Antoniu, Andreas Karo, Xristos Uiler

Yarımmüdafiəçilər: Giorqos Efrem, Xaralambos Kiriaku, Qriqoris Kastanos, Yannis Kusulos, Aleksander Qogiç, Matiya Spolyariç, Yanis Satsias

Hücumçular: Dimitris Xristofi, Pieros Sotiryu, Yannıs Pittas, Marios Elia, Marinos Tzionis, Loizos Loizu

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.