Yığmamızın sabiq üzvü Kamran Ağayevin “Səbail”ə keçidi rəsmiləşib.

Offsideplus.az klubun rəsmi Feysbuk hesabına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 34 yaşlı qolkiper "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "Keşlə” klublarında çıxış edib.