“Zirə”nin futbolçusu Ağabala Ramazanov ilk dəfə komandanın kapitanı kimi meydana çıxıb.

Offsideplus.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün ilk turunda reallaşıb.

“Zirə”nin “10 nömrə”si “Qəbələ” ilə səfər matçına (1:1) kapitan sarğısı ilə başlayıb. 27 yaşlı hücumçu klub tarixinə Premyer Liqa görüşünə kapitan kimi çıxan 10-cu futbolçu kimi düşüb.