"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl əvəzedici heyətə göndərdiyi Elvin Yunuszadəni əsas komandaya qaytarıb.  

Offsideplus.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Onun sözlərin görə, baş məşqçi ilə futbolçu arasında görüş olub. Görüşdən sonra millimizin üzvü yenidən əsas komandaya qoşulub. O, aprelin 4-dən "Qarabağ"ın əsas komandası ilə məşqlərə başlayıb.

Qeyd edək ki, E.Yunuszadə millinin düşərgəsində olarkən, Belarusla yoxlama oyunundan əvvəl nizam-intizam qaydasını pozduğu üçün yığmamızın baş məşqçisi Qurban Qurbanov onu heyətdən kənarlaşdırmış, "Qarabağ"da isə əvəzedici heyətə göndərmişdi.