2020-2021-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, “Qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.