"Kəpəz" klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunu Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri məlumat verib.

O, 60 yaşlı mütəxəssislə daha bir il müddətinə anlaşdıqlarını söyləyib.