Dünən əlverişsiz hava şəraiti səbəbiylə yarımçıq dayandırılan "Sabah" - "Qəbələ" oyununun ikinci hissəsi bu gün davam etdirilib.

Offsideplus.az xəbər verir ki, Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qol "Sabah"a minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomezin başçılığı altında Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.