19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.

Offsideplus.az-ın məlumatına görə, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.

İkinci oyun noyabrın 28-də Belçika ilə olacaq.

Azərbaycan millisi qrupdakı sonuncu matçını Kiprlə dekabrın 1-də keçirəcək..