"Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, o, Ağdam klubunun seçməsinin səbəbini də  açıqlayıb:

"Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər. Burada olmaqdan məmnunam. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.