Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yarımmüdafiəçi Rahid Əmirquliyevlə yeni müqavilə imzalayıb. 

Paytaxt təmsilçisinin kapitanı növbəti mövsümün sonunadək “Səbail”in şərəfini qoruyacaq.