“Qarabağ” klubu ispaniyalı yarımmüdafiəçisi Miçellə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda oynayan Miçel “Qarabağ”ın heyətində ümumilikdə 155 görüşdə meydanda olub və 25 qola imza atıb. 

IMG 20200717 174618 053