"Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov komandada çıxış edən legionerlərin özlərini Azərbaycanda rahat hiss etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.

 42 yaşlı mütəxəssis bu barədə Offsideplus.az-a eksklüziv açıqlamasında məlumat verib.

"Klubun və rəhbərliyin ən böyük məqsədlərindən biri də xarici oyunçulara yaxşı şərait yaratmaq və düzgün yanaşmanı təmin etməkdir. "Neftçi" bu şəraiti təmin edir və oyunçular özlərini çox rahat hiss edir ".

O, həmçinin futbolçulara cəmiyyətdə və yaxın ətrafları ilə necə davranmalı olduqlarını da izah etdiyini bildirib:

"Bu, oyunçular üçün çox yaxşı haldır. Onları bu barədə mütəxəssisə çevirmək üçün yaxşı addımdır.  Mən onlarla necə davranacağımı danışıram, rəhbərlik də onların yaxşı çıxış etmələri üçün lazım olan hər şeyi təmin edir".

Qeyd edək ki, Füzuli Məmmədov ötən qış italiyalı mütəxəssis Roberto Bordinin "Neftçi"dən ayrılmasından sonra komandaya baş məşqçi təyin edilib.

Əlavə edək ki, "Flaqman" keçən mövsüm çempionatda ikinci yeri tutaraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.