"Qəbələ" klubunun keçmiş baş məşqçisi Roman Qriqorçuk bu yaxınlarda adının Azərbaycan yığması ilə hallanmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukrayna mətbuatına müsahibəsində bununla bağlı fikirlərini bölüşüb:

"Mən həmişə bu suallara belə cavab verirəm: "Şərh yoxdur". İndi müasir dünyada bir çox fərqli məlumat yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini başa düşmək belə çətindir. Bu cür xəbərləri şərh etməklə, belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunların ikisi də fərqli işlərdir. Əvvələr özümü heç bir yığma komandanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki fəlsəfəm düzəldi və bu işə hazır olduğumu gördüm".