"Qarabağ" heyətini daha bir oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qayıtdığını açıqlayıb.

31 yaşlı haitili cinah oyunçusu ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib. "Qarabağ" transfer açıqlamasında "Neftçi"nin "bu şəhərin bir ağası var" söhbətinə də göndərmə edib.