Əfsanəvi argentinalı futbolçu, hazırda "Ximnasiya iEsqrima” klubunun "sükanı arxasında" olan Dieqo Armando Maradona İspaniya milli komandasının baş məşqçisi ola bilər.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, əgər Antonio Torres İspaniya Kral Futbol Federasiyasının prezidenti seçilsə Dieqo Maradonanı yığmaya dəvət edəcək.

Məlumata görə, A.Torres argentinalı mütəxəssislə danışıqlar aparıb və tərəflər ilkin razılaşma əldə ediblər.