"Zirə" klubu baş məşqçisi Zaur Həşimovla yollarını ayırıb. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib.

Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣⁣