“Sabah” Cavid İmamverdiyevlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2018-ci ildən "Sabah"ın formasını geyinən İmamverdiyev meydana çıxdığı 40 oyunda 4 qola imza atıb.