"Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Roy Kinin Azərbaycan millisini çalışdırmağa namizəd olması barədə xəbər vermişdik.

 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Offsideplus.az-ın sorğusuna cavab olaraq namizdələr sırasında Roy Kinin də olduğu təsdiqlənib:

"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlə yanaşı Roy Kin də var. Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb".

Qeyd edək ki, "The Sun" nəşri AFFA-nın irlandiyalı mütəxəssisə təklif göndərdiyini və Roy Kindən növbəti 48 saat ərzində cavab gözlədiyini yazıb.