“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Slavik Alxasovla 2+1illik müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.
Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi.