“Zirə”nin qapıçısı Emil Balayev “Qarabağ”a transfer olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə “transfermarkt.com” saytı məlumat yayıb.

Ağdam klubu millimizin üzvünün yeni komandası kimi göstərilib. Onun iyulun 1-dən 2020-21 mövsümünü “Qarabağ”da keçirəcəyi bildirilib.

Emil Balayevin satış qiyməti 950 min avro olaraq göstərilib.

Qeyd edək ki, 26 yaşlı qolkiper “Zirə” ilə mövsüm sonuna qədər müqavilə imzalamışdı. O, paytaxt klubuna Qazaxıstanın “Tobol” komandasından qoşulub.