"Neftçi" Tural Axundovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, müqavilə müddəti başa çatan müdafiəçiyə yeni müqavilə təklif olunmayıb.

Qeyd edək ki, Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.