"Qarabağ"ın və millimizin müdafiəçisi Maksim Medvedev haqqında maraqlı məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, futbolçu qazancını daşınmaz əmlaka yatırıb.

Müdafiəçi qazandığı yetərincə böyük pullara Bakının müxtəlif yerlərində 4 mənzil alıb. Həmin mənzillərin hamısını Azərbaycanda əcnəbi şirkətlərdə çalışan xarici ölkə vətəndaşlarına kirayəyə verib. Deyilənə görə, yetərincə yüksək məbləğə. Futbolçunun eyni zamanda Moskvada və Türkiyədədə mülk sahibi olduğu söylənilir.

Maraq üçün deyək ki, bu yaxınlarda Maksimin 300 min manata «Porsche Panamera» almasına dair da mətbuatda xəbərlər yayılmışdı. (Rekord.az)