“Neftçi”nin hücumçusu Baqali Dabonun həyat yoldaşının paylaşımı marağa səbəb olub.

Offsideplus.az xəbər verir ki, Tuğba Dabo ərinin “Qarabağ“ formasıyla çəkdirdiyi videonu öz "İnstagram" profilində paylaşıb.

Fransız forvardın "Qarabağ"a keçmək ehtimalı yoxdur. Oyunçu Cənubi Kiprin “Apollon“ klubu ilə anlaşıb.

Qeyd edək ki, Dabonun “Neftçi“ ilə müqaviləsi iyulun 1-nə qədərdir.