"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

Offsideplus.az xəbər verir ki, bu iddia ilə çıxış edən "F1News" nəşri qərarın tezliklə rəsmən açıqlanacağını bildirib. 

Sinqapurdakı şəhər trası mərhələsi və Yaponiya Qran-prisinin də ləğv ediləcəyi gözlənilir.

"Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. Daha sonra sentyabr variantı irəli sürülsə də, Bakı Şəhər Halqasından yarışı azarkeşsiz keçirmək istəmədikləri bildirilmişdi.