“Qarabağ” kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinanı transfer etməyə hazırlaşır.

Offsideplus.az-ın məlumatına görə, Ağdam klubu ilə futbolçu arasında ilkin razılıq əldə olunub. Hər hansı problem çıxmasa, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, son mövsümü Portuqaliyanın “Çaveş” klubunda keçirən Medina “Moura”, “Sintrense”, “Pinhalnovense” və “Akademiko de Viseu” klublarının da formasını geyinib.