"Qarabağ" Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Maqaye Qeye "Qarabağ"ımızda 28 oyunda meydanda olmuş və bu matçlarda 8 qola imza atıb. Ağdam klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.