"Neftçi" müdafiəçi Donald Gerye ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki,  klubun rəsmi feysbuk səhifəsində oyunçu ilə qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verildiyi bildirilib. Klub Geryeyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçu cari mövsüm "Neftçi"nin heyətində 14 oyun keçirib və bir qol vurub.